🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Moskvada 9 May Qələbə paradı planlaşdırılır – Peskov açıqladı

Azərbaycan.media xəbər verir ki, 9 May – Qələbə Günü münasibətilə Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında ənənəvi hərbi paradın keçirilməsi planlaşdırılır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat verib. O bildirib ki, tədbir əvvəlki illərdə olduğu kimi bu il də təşkil olunacaq.
“Əlbəttə, parad keçiriləcək. Paradın formatı barədə sizə vaxtında məlumat veriləcək”, – deyə Peskov qeyd edib.