Azərbaycan.media xəbər verir ki, aparıcı Zaur Kamalın televiziya fəaliyyətinə dair yayılan məlumatlara aydınlıq gətirilib.
Məlumata görə, bir neçə gün əvvəl onun efirə qayıdacağı ilə bağlı xəbərlər yayılsa da, daha sonra bu informasiyanın yanlış olduğu bildirilmişdi. Lakin yeni məlumata əsasən, layihə mayın 4-dən etibarən ARB TV-də yayımlanacaq.
Verilişin aparıcısı muğam ifaçısı Gülzar Fərəcova olacaq, layihənin rəhbərliyi isə Zaur Kamala məxsusdur.
Qeyd edilib ki, proqram həftəiçi hər gün saat 19:00-da tamaşaçılara təqdim olunacaq.
