🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran bir sıra beynəlxalq istiqamətlərə uçuşları bərpa edib

Azərbaycan.media xəbər verir ki, İran bəzi beynəlxalq istiqamətlər üzrə hava nəqliyyatını yenidən bərpa edib.
Bu barədə Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Kaşif Azər açıqlama verib.
Onun sözlərinə görə, İstanbul, Nəcəf, Maskat və Pekin kimi mühüm şəhərlərə uçuşlar artıq bərpa olunub. Rəsmi qeyd edib ki, yaxın müddətdə bu siyahıya digər beynəlxalq istiqamətlərin də əlavə olunması nəzərdə tutulur.
Kaşif Azər həmçinin bildirib ki, xarici hava yolları şirkətlərinin İrana qayıtması ilə bağlı müzakirələr davam edir və bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda ölkədə bütün beynəlxalq uçuşlar müvəqqəti dayandırılmışdı.