Azərbaycan.media xəbər verir ki, bu ilin 1 aprel tarixinə Azərbaycanın xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları təşkil edib.
Məlumat Maliyyə Nazirliyinə istinadən “Report” tərəfindən yayımlanıb.
Bildirilib ki, xarici borcun böyük hissəsi ABŞ dollarında formalaşıb. Belə ki, ümumi borcun 86,1 faizi dolların payına düşür.
Digər valyutalar üzrə bölgü isə aşağıdakı kimidir:
6,1% – avro
3,1% – Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (XBH)
3,1% – yapon yeni
1,6% – digər valyutalar
Borcların faiz strukturuna gəldikdə, xarici dövlət borcunun 49,1 faizi dəyişkən faiz dərəcəsi ilə, 50,9 faizi isə sabit faiz dərəcəsi ilə götürülüb.
Ödəmə müddətinə görə isə borcun 59,2 faizi 5 ilə qədər, 35,4 faizi 5–10 il arası, 5,4 faizi isə 10 ildən artıq müddətdə qaytarılmalıdır.
