Azərbaycan.media xəbər verir ki, Bəhreyn hakimiyyəti İranın ölkəyə qarşı hücumlarını dəstəkləməkdə və xarici strukturlarla əlaqədə ittiham olunan 69 nəfərin vətəndaşlığını ləğv edib.
Məlumata görə, qərar Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifənin göstərişi əsasında “Vətəndaşlıq haqqında” qanuna uyğun qəbul olunub.
Qanunvericiliyə əsasən, krallığın maraqlarına zidd fəaliyyət göstərən və ya dövlətə sadiqlik öhdəliyini pozan şəxslər vətəndaşlıqdan məhrum edilə bilər.
Açıqlanan siyahıya daxil edilən 69 nəfərin hamısının Bəhreyn ərazisindən kənarda anadan olduğu bildirilib.
Eyni zamanda qeyd olunur ki, səlahiyyətli qurumlar digər şəxslərin də vətəndaşlığa uyğunluğunu yoxlamaqda davam edir.
