🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hicran Hüseynova: Zərifə Əliyeva Azərbaycan xalqının yaddaşında dərin iz qoyub

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin komitə sədri Hicran Hüseynova akademik Zərifə Əliyevanın həyat yolu, elmi fəaliyyəti və mənəvi irsi barədə danışıb.
AZƏRTAC-a açıqlama verən Hicran Hüseynova bildirib ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə Azərbaycan cəmiyyətində silinməz iz buraxıb.
Onun sözlərinə görə, Zərifə Əliyeva Azərbaycanda ilk qadın oftalmoloq-alim kimi tibb elminin inkişafına mühüm töhfələr verib və humanizm dəyərləri ilə seçilən nümunəvi şəxsiyyət kimi yadda qalıb.
Hicran Hüseynova qeyd edib ki, Zərifə Əliyevanın formalaşdırdığı mənəvi dəyərlər bu gün də Azərbaycan cəmiyyətində yaşamaqda davam edir və gələcək nəsillərə ötürülür.
O vurğulayıb ki, Zərifə Əliyeva və Ümummilli Lider Heydər Əliyevin yaratdığı ideoloji və mənəvi irs müasir Azərbaycanın inkişafında mühüm rol oynayır.
Deputat əlavə edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin irs uğurla davam etdirilir, dövlətçilik ənənələri möhkəmləndirilir və milli dəyərlər qorunur.
Sonda Hicran Hüseynova akademik Zərifə Əliyevanın xatirəsini dərin ehtiramla yad edərək onun Azərbaycan elmi və cəmiyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib.