🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qarabağ” Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub

Azərbaycan.media xəbər verir ki, “Qarabağ” futbol klubu Azərbaycan çempionatları tarixində səfər oyunlarında 700-cü qolunu vurub.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına əsasən, yubiley qola Musa Qurbanlı imza atıb. O, Misli Premyer Liqasının XXIX turunda “Neftçi”yə qarşı keçirilən oyunda (5:1) hesabı açaraq bu göstəricinin müəllifi olub.
Məlumata görə, “Qarabağ” bu matçla rəqib meydanlarında 488-ci oyununu keçirib və ümumilikdə səfər qollarının sayını 704-ə çatdırıb. Klub bu göstərici ilə Azərbaycan çempionatları tarixində rekordçu hesab olunur və orta məhsuldarlıq 1,44 qolla qiymətləndirilir.
Qeyd edilib ki, Ağdam klubunun səfərdə ilk qolu 1992-ci il mövsümünə təsadüf edir. 9 may 1992-ci ildə “Plastik”ə qarşı oyunda Cavanşir Novruzov 55-ci dəqiqədə fərqlənərək klubun səfər qolları tarixində ilk dəfə hesabı açmışdı.