Azərbaycan.media xəbər verir ki, İmişli rayonunda qadın dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə Qızılkənd kəndində qeydə alınıb. Məlumata görə, 39 yaşlı Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
