🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev sahibkarları “Tərəqqi” medalı ilə təltif edib

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev sahibkarlıq sahəsində səmərəli fəaliyyətləri və ölkənin iqtisadi inkişafına verdikləri töhfələrə görə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və iş adamları dövlət mükafatı ilə təltif olunublar. Təltif olunanlar sırasında Şənay Abbasova, İlkin Ağamirov, Nemət Babaşov, Mübariz Bayramov, Səhliyalı Bəşirov, Əli Əliyev, Vaqif Əliyev, Rauf Hacıyev, Bəxtiyar Hüseynov, Samirə Hüseynova, İsrafil Qasımov, Rəna Qəfərova, Muxtər Məmmədov, Rəna Məmmədova, Elnur Mənsimov, Nurlan Nurəliyev, Ceyhun Vəliyev və digər şəxslər yer alıb.
Həmçinin Jana Krimpe, Necmeddin Taşbağ və Van Ciyi də “Tərəqqi” medalı ilə təltif edilənlər sırasındadır.
Qeyd edilib ki, bu addım ölkədə sahibkarlığın inkişafına töhfə verən şəxslərin fəaliyyətinin qiymətləndirilməsi və təşviqi məqsədi daşıyır.