🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski İrəvandakı sammitdə iştirak edə bilər

Azərbaycan.media xəbər verir ki, Vladimir Zelenskinin Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək sammitində iştirakı gözlənilir.
Publika.az-ın məlumatına görə, bu barədə Ermənistanın “168.am” xəbər portalı mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, İrəvanda mayın 4-də keçirilməsi planlaşdırılan sammitdə 50-yə yaxın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Məlumata əsasən, Zelenskinin də tədbirə qatılacağı barədə sayta informasiya daxil olub. Lakin Ermənistan Xarici İşlər Nazirliyi bu səfəri gizli saxlamağa çalışır.