Azərbaycan.media xəbər verir ki, Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz dərəcələrində dəyişiklik edilib.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” yenilənib. Dəyişikliyə görə, mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) və dizel yanacağı üzrə aksiz dərəcələri yeni qaydada müəyyənləşdirilib.
Qərara əsasən, 2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək idxal olunan Aİ-92 benzini və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat səviyyəsində tətbiq ediləcək. Bildirilib ki, bu addımın məqsədi daxili yanacaq bazarında sabitliyin təmin olunması və təchizatın fasiləsizliyinin qorunmasıdır.
Eyni zamanda, həmin dövr üçün Dövlət Neft Şirkətinin (SOCAR) idxal kvotaları da təsdiqlənib. Qərara uyğun olaraq, Aİ-92 benzini üzrə 205 min ton, dizel yanacağı üzrə isə 201 min ton həcmində yuxarı hədd müəyyən edilib.
