🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Space” TV-də iki verilişin yayımı dayandırıldı – SƏBƏB AÇIQLANDI

Azərbaycan.media xəbər verir ki, “Space” televiziyasında yayımlanan daha iki verilişin efirə çıxışı dayandırılıb.
Jurnalist Arifə Əliyevanın bildirdiyinə əsasən, “Ağakərimlə Mətbəx” və “Sevilən Səhər” verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.
“Sevilən Səhər” verilişinin aparıcısı Könül Muxtarova da faktı təsdiqləyib. O qeyd edib ki, verilişin dayandırılması ilə bağlı onlara əvvəlcədən məlumat verilib.
Qərarın səbəbi ilə bağlı isə əlavə rəsmi açıqlama təqdim olunmayıb.