Azərbaycan.media xəbər verir ki, Yaponiyanın Hokkaydo adasında 6.2 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb. Səhər saatlarında qeydə alınan yeraltı təkanlar Tokaçi bölgəsinin şimalında, 83 kilometr dərinlikdə hiss olunub.
Zəlzələ nəticəsində xəsarət alan olmayıb və hər hansı dağıntı qeydə alınmayıb. Həmçinin sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.
