🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxsin kimliyi məlum olub

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma cəhdinin şübhəlisinin kimliyi müəyyən edilib.
Məlumata görə, bu barədə “New York Post” qəzetinin jurnalisti Kerol Markoviç öz “Facebook” səhifəsində paylaşım edib.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb.
“Axios” nəşrinin yaydığı məlumatda isə şübhəlinin ov tüfəngi ilə silahlı olduğu və təhlükəsizlik baryerini keçməyə cəhd etdiyi qeyd olunub.
ABŞ prezidenti Donald Tramp da öz “Truth” hesabında həmin şəxsin fotosunu paylaşaraq hadisəyə münasibət bildirib.