🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pezeşkian: İran təzyiq və blokada altında danışıqlara getməyəcək

Azərbaycan.media xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı Tehranın təzyiq, təhdid və ya Hörmüz boğazının blokadası şəraitində sülh danışıqlarında iştirak etməyəcəyini bildirib.
Məlumata görə, bu barədə “Press TV”nin “Telegram” kanalında məlumat yayılıb.
Söhbət zamanı Pezeşkian vurğulayıb ki, İran yalnız qarşılıqlı hörmət və maneəsiz diplomatik şəraitdə dialoqa açıqdır. O, ABŞ-la mümkün dialoqun bərpası üçün mövcud maneələrin, o cümlədən Hörmüz boğazı ilə bağlı gərginliyin aradan qaldırılmasının vacibliyini qeyd edib.