🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Merih Dəmiralın çıxış etdiyi “Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi oldu

Azərbaycan.media xəbər verir ki, Türkiyə millisinin futbolçusu Merih Dəmiralın formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Asiya Çempionlar Liqasının qalibi olub.
Final qarşılaşmasında Yaponiya təmsilçisi “Maçida” üzərində 1:0 hesablı qələbə qazanan Səudiyyə klubu turnirin kubokuna sahib çıxıb.
Qeyd olunub ki, Merih Dəmiral bu uğurla ardıcıl ikinci dəfə Asiya Çempionlar Liqasının qalibi olan ilk türk futbolçu kimi tarixə düşüb.