🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mövlanə Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Alim Qasımov ilə bağlı onun nəvəsi Mövlanə sosial şəbəkədə paylaşım edib.
O, izləyicilərdən gələn “Alim Qasımov kimi dünya şöhrətli sənətkarın ailəsində böyümək necə hissdir?” sualına cavab verib.
Mövlanə babası ilə arxiv fotosunu paylaşaraq bildirib: “Alim Qasımov kimi bir ustanın nəvəsi olmaq qəribə hissdir. Həm qürurdur, həm də məsuliyyət”.
Qeyd edək ki, Mövlanə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır.