🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Afrikada safari zamanı amerikalı milyonçu fil hücumu nəticəsində ölüb

Azərbaycan.media xəbər verir ki, Qabonda 75 yaşlı amerikalı milyonçu və ovçu Erni Dozio safari zamanı faciəvi şəkildə həyatını itirib.
Kaliforniyada şərab zavoduna sahib olan Dozio peşəkar bələdçi ilə birlikdə Afrika meşəsində bahalı ov turuna qatılıb. Təxminən 40 min dollar dəyərində olan safari zamanı onların hədəfi kiçik antilop olub.
Lakin qrup balası olan fil sürüsü ilə qarşılaşdıqdan sonra vəziyyət qəfil nəzarətdən çıxıb. Şahidlərin sözlərinə görə, heyvanlar təhlükəni hiss edərək hücuma keçiblər. Sıx meşə şəraiti səbəbindən ovçular filləri gec fərq edib.
Hadisə zamanı Dozio kənara atılıb və bir neçə fil tərəfindən tapdalanaraq ölüb. Bələdçi isə ağır xəsarətlər alıb və silahını itirib.
Mənbələr bildirir ki, hadisə çox qısa müddətdə baş verib və ovçuların üzərində olan yüngül silahlar qəzəblənmiş sürüyə qarşı təsirsiz olub.
Qeyd edək ki, Erni Dozio təcrübəli kubok ovçusu kimi tanınıb. O, Afrika və ABŞ-da çoxsaylı ov səfərlərində iştirak edib və fillər, şirlər, kərgədanlar da daxil olmaqla müxtəlif iri heyvanlardan ibarət kolleksiyaya sahib olub.
Məlumata görə, onun nəşi ABŞ-a – ailəsinin yaşadığı ölkəyə aparılması üçün hazırlanır.