🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çin Aİ-nin Rusiyaya sanksiyalarına etiraz etdi və “nəticələrlə” xəbərdarlıq etdi

Azərbaycan.media xəbər verir ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketinə Çin şirkətlərinin daxil edilməsinə sərt reaksiya verib.
“Röyters” agentliyinin məlumatına əsasən, Pekin bu addıma “qəti etiraz” bildirib və Çin şirkətlərinin sanksiya siyahısından dərhal çıxarılmasını tələb edib.
Bildirilib ki, Aİ-nin 20-ci sanksiya paketi üçüncü ölkələrdən yüksək texnologiyalı və strateji məhsulların tədarükü ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Siyahıya bir neçə Çin şirkətinin daxil edilməsi onların Rusiyanın hərbi-sənaye kompleksi üçün ikili təyinatlı məhsullar və ya silah sistemləri tədarükündə ittiham olunması ilə əlaqələndirilir.
Çin Ticarət Nazirliyinin nümayəndəsi bu addımın Çin–Aİ liderləri arasında əldə olunmuş razılaşmaların ruhuna zidd olduğunu bildirib və bunun qarşılıqlı etimadı, eləcə də ikitərəfli münasibətlərin sabitliyini ciddi şəkildə zədələdiyini vurğulayıb.
Pekin həmçinin bəyan edib ki, Çin şirkətlərinin maraqlarını qorumaq üçün “zəruri tədbirlər” görməyə hazırdır və bu prosesin nəticələrinə görə məsuliyyətin Avropa İttifaqının üzərinə düşəcəyini qeyd edib.