🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Vaşinqtondakı atışma ilə bağlı açıqlama verib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən atışma ilə bağlı münasibət bildirib.
Dövlət başçısı X sosial şəbəkə hesabında paylaşım edərək hadisədən dərindən sarsıldığını qeyd edib.
“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, – deyə Prezident vurğulayıb.