🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb

Azərbaycan.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən müharibənin 1522-ci günü ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə yeni məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkovun açıqlamasına əsasən, “xüsusi hərbi əməliyyatın” başladığı gündən bu yana Ukrayna tərəfinin 671 təyyarəsi, 284 helikopteri, 137 522 pilotsuz uçuş aparatı (PUA), 656 zenit-raket kompleksi, 29 038 tank və digər zirehli texnikası, 1 709 reaktiv yaylım atəşi sistemi, 34 598 artilleriya və minaatanı, eləcə də 60 117 xüsusi təyinatlı hərbi avtomobil texnikasının məhv edildiyi iddia olunub.
Qeyd edək ki, tərəflər müharibə ilə bağlı açıqladıqları itki rəqəmlərini müstəqil mənbələr təsdiqləmir və məlumatlar döyüş şəraitində tərəflərin bəyanatlarına əsaslanır.