🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Neftçi” və “Qarabağ” azarkeşlərə çağırış edib

Azərbaycan.media xəbər verir ki, “Neftçi” və “Qarabağ” klubları sabah keçiriləcək qarşılaşma öncəsi birgə bəyanat yayıb.
Bəyanatda hər iki klub azarkeşləri stadion qaydalarına riayət etməyə, rəqib tərəfə və oyun iştirakçılarına hörmət göstərməyə çağırıb.
Qeyd olunub ki, 26 və 30 aprel tarixlərində “Palms Sports Arena”da keçiriləcək oyunlar böyük maraqla gözlənilir və tribunaların tam dolacağı ehtimal edilir.
Klublar vurğulayıblar ki, uzun illərdir davam edən rəqabət həmişə yüksək maraq doğurub və qarşıdakı görüşlərin də gərgin, lakin mədəni idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir.
Bəyanatda həmçinin qeyd olunub ki, futbol sevinc və emosiyalar oyunu olsa da, meydanda baş verənlərin meydanda qalması vacibdir.
Klublar azarkeşləri komandalarını dəstəkləyərkən etik çərçivəni pozmamağa çağırıb.