Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunda dəm qazından zəhərlənmə ilə nəticələnən ölüm hadisəsi qeydə alınıb.
Hadisə rayonun Bəhrəmbağı qəsəbəsində baş verib. Məlumata görə, 1964-cü il təvəllüdlü İ. Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
