🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bağlı qapı arxasında faciə: 2 nəfər ölü tapılıb, 2 uşaq xilas edilib

Azərbaycan.media xəbər verir ki, Bakıda bağlı qapı arxasında qalma ilə bağlı həyata keçirilən əməliyyatlar zamanı 2 nəfərin meyiti aşkar edilib, 2 uşaq isə xilas olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata əsasən, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma halları ilə bağlı müraciətlər daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in xilasetmə qüvvələri tərəfindən ümumilikdə üç əməliyyat tədbiri həyata keçirilib.
Əməliyyatlar nəticəsində 2 nəfər (uşaq) xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Həmçinin 2 nəfərin meyiti aşkarlanıb və müvafiq qurumlara təhvil verilib.
Hadisənin təfərrüatları araşdırılır.