🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Netanyahu ABŞ səfərinə hazırlaşır, mümkün görüş gündəmdədir

Azərbaycan.media xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər etməyə hazırlaşır.
Modern.az-ın məlumatına görə, bu barədə “i24NEWS” xəbər yayıb. Bildirilir ki, səfər çərçivəsində Netanyahunun Vaşinqtonda Livan prezidenti Cozep Aun ilə mümkün görüşdə iştirakı nəzərdən keçirilir.
Məlumata əsasən, görüşün mayın 11-i həftəsinə planlaşdırıldığı qeyd olunur.
Bununla yanaşı, vurğulanır ki, səfərin baş tutması regiondakı təhlükəsizlik vəziyyətindən asılı olacaq. Əgər vəziyyət gərgin olaraq qalarsa, İsrail baş nazirinin ABŞ-yə səfəri reallaşmaya bilər.