🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Arağın az miqdarda istifadəsi: fayda iddiası və tibbi risklər müzakirə olunur

Azərbaycan.media xəbər verir ki, arağın az miqdarda istifadəsinin orqanizmə təsiri ilə bağlı müzakirələr uzun illərdir davam edir. Bir qrup mütəxəssis bu içkinin bəzi hallarda müəyyən fizioloji təsirlər göstərə biləcəyini desə də, digər həkimlər spirtli içkilərin ümumilikdə sağlamlıq üçün risk yaratdığını vurğulayır.
Azərbaycan Tibb Universitetinin müəllimi, həkim Rəşid Mahmudovun fikirlərinə görə, çox məhdud miqdarda araq bəzən qan dövranının sürətlənməsinə və damarların müvəqqəti genişlənməsinə səbəb ola bilər. O, xüsusilə soyuq hava şəraitində və güclü stress zamanı az miqdarda spirtin qısa müddətli rahatlama hissi yarada biləcəyini qeyd edir. Eyni zamanda, arağın antiseptik xüsusiyyətlərindən tibbin bəzi sahələrində istifadə olunduğu bildirilir.
Digər həkim Əlif Əhmədov isə bu yanaşmaya ehtiyatla yanaşmağın vacibliyini vurğulayır. Onun sözlərinə görə, spirtli içkilərin hər hansı “faydalı təsiri” yalnız çox məhdud və nəzarətli hallara aiddir. Mütəxəssis bildirir ki, müntəzəm və ya artıq miqdarda qəbul qaraciyər, ürək-damar və sinir sistemində ciddi fəsadlara yol aça bilər və spirtin müalicə vasitəsi kimi qəbul edilməsi doğru deyil.