🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paşinyan ailə həyatı ilə bağlı açıqlama verdi – yenidən birlikdə olmasından danışdı

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Anna Akopyanla yenidən münasibətlərinin bərpası barədə danışıb.
O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Akopyanın ayrılma qərarına hörmət etdiyini, lakin bu qərarla tam razı olmadığını vurğulayıb.
“Anna ayrılmaq barədə açıqlama verəndə qərarına hörmət etdiyimi bildirdim, amma razı olduğumu demədim. Əlbəttə, mən də səylər göstərmişəm və ailəmizi qorumaq üçün daha bir şansımın olduğuna görə şadam”, – deyə Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, ailə münasibətlərinin bərpası istiqamətində müəyyən addımlar atılıb və bu prosesdən məmnun olduğunu bildirib.