Azərbaycan.media xəbər verir ki, Qax rayonunda keçirilən buraxılış imtahanında ən yüksək nəticələrdən birini şəhid övladı əldə edib.
Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Sənan Məmmədzadə imtahanda 285 bal toplayaraq diqqət çəkib. Məlumata görə, o, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun övladıdır.
Sənan Məmmədzadə bundan əvvəl də yüksək nəticəsi ilə seçilib. O, IX sinif buraxılış imtahanında maksimum 300 baldan 297,8 bal toplayaraq rayon birincisi olmuşdu.
Qeyd edək ki, bu nəticə onun təhsildə davamlı uğur göstərdiyini bir daha təsdiqləyir.
