🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

DİN: İtkin düşən 13 nəfər tapılaraq ailələrinə təhvil verilib

Azərbaycan.media xəbər verir ki, aprelin 24-də itkin düşən kimi axtarışı aparılan 13 nəfər polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində tapılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi qeydə alınmışdı.
Məlumata əsasən, görülən operativ axtarış tədbirləri nəticəsində onların yeri müəyyən olunub və tapılan şəxslər aidiyyəti üzrə təhvil verilib.