🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vaşinqtonda Kral III Çarlzın səfəri öncəsi bayraq səhvi qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, Böyük Britaniya Kralı III Çarlzın ABŞ-yə səfəri ərəfəsində Vaşinqtonda diqqətçəkən texniki səhv baş verib.
Ağ Ev yaxınlığında şəhər bəzədilməsi zamanı Böyük Britaniya bayraqları əvəzinə səhvən Avstraliya bayraqları yerləşdirilib.
Məlumatda bildirilir ki, ümumilikdə şəhər mərkəzində monarxın səfəri münasibətilə asılan 230 bayraq arasında 15 ədəd Avstraliya bayrağı müəyyən edilib.
Kolumbiya dairəsinin nəqliyyat departamenti səhvin aradan qaldırıldığını açıqlayıb və hazırda ərazidə yalnız Böyük Britaniyanın rəsmi simvollarının yerləşdirildiyini bildirib.
Qeyd edək ki, Kral III Çarlz formal olaraq Avstraliyanın da dövlət başçısı hesab olunur, lakin bu status simvolik xarakter daşıyır.