Azərbaycan.media xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının növbəti iclasında baş direktor seçkisi məsələsi gündəmə gətirilməyib.
Aprelin 24-də keçirilən iclas barədə Yayım Şurasının üzvü Azər Həsrət məlumat verərək bildirib ki, toplantıda əsasən gündəlik məsələlər, maliyyə mövzuları və 2025-ci il üzrə hesabatın təsdiqi müzakirə olunub.
Onun sözlərinə görə, hazırda baş direktor vəzifəsi üzrə vakansiya elan edilib və namizədlərin sənədləri mayın 8-dək qəbul ediləcək. Baş direktor seçkisinin isə növbəti iclaslarda, ehtimal ki, mayın sonuna doğru keçirilməsi planlaşdırılır.
Qeyd edilib ki, Audiovizual Şura aprelin 23-də İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yeni təyinat üçün namizədlərin sənəd qəbuluna start verib.
