Azərbaycan.media xəbər verir ki, Naxçıvanda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Naxçıvan-Sədərək magistralında baş verib. “Mercedes” markalı minik avtomobili ilə “Changan” markalı yük avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Belə ki, 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
