🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İstanbul boğazında yük gəmisi quruya oturdu – hərəkət müvəqqəti dayandırıldı

Azərbaycan.media xəbər verir ki, Rusiyaya məxsus “Kappa” adlı yük gəmisi İstanbul boğazının Yeniköy istiqamətində quruya oturub.
Hadisə ilə bağlı Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, əraziyə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsinin qüvvələri cəlb olunub. Xilasetmə əməliyyatına yedək gəmiləri və dalğıclar da qoşulub.
Əməliyyat müddətində İstanbul boğazında gəmi hərəkəti təhlükəsizlik məqsədilə müvəqqəti olaraq dayandırılıb.
Daha sonra yük gəmisinin təhlükəsiz əraziyə aparılmasının ardından səhər saatlarında boğazda gediş-gəliş bərpa olunub.