Azərbaycan.media xəbər verir ki, Azərbaycanın maliyyə və iqtisadi vəziyyətinin sabit olduğu bir daha vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycan–Çexiya biznes-forumunda çıxışı zamanı bildirib ki, ölkənin milli valyutası uzun müddətdir sabitliyini qoruyur.
Dövlət başçısı qeyd edib ki, artıq doqquz ildir manatın məzənnəsində dəyişiklik baş vermir və 2017-ci ildən etibarən 1 ABŞ dolları 1,7 manat səviyyəsində qalır.
Prezidentin sözlərinə görə, bu sabitlik həm yerli, həm də xarici investorlar üçün mühüm əhəmiyyət daşıyır və ölkənin iqtisadi cəlbediciliyini artıran əsas amillərdən biri hesab olunur.
