Azərbaycan.media xəbər verir ki, bu gün Azərbaycanda ilk dəfə Göz Bankının açılışı həyata keçiriləcək.
Bu barədə Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda məlumat verib.
Onun sözlərinə görə, ölkədə buynuz qişa transplantasiyasının geniş tətbiqi və inkişafı üçün Göz Bankının yaradılması mühüm əhəmiyyət daşıyır.
Elmar Qasımov bildirib ki, ötən il Azərbaycanda ilk dəfə meyit donordan buynuz qişa transplantasiyası uğurla həyata keçirilib və bu sahədə yeni mərhələnin əsası qoyulub.
“Bu gün artıq Göz Bankının birgə açılışı baş tutacaq. Bu, oftalmologiyada mühüm irəliləyişdir və transplantasiya imkanlarını genişləndirəcək,” – deyə o qeyd edib.
