🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İlham Əliyev: Azərbaycan–Çexiya əlaqələri dinamik inkişaf edir

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə keçirilən mətbuata bəyanat zamanı iki ölkə arasında münasibətlərin inkişafından danışıb.
Dövlət başçısı bildirib ki, Çexiya Baş nazirinin səfəri Azərbaycan və Çexiya arasındakı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir:
“Bizim çox fəal siyasi dialoqumuz var”, – deyə Prezident qeyd edib.
İlham Əliyevin sözlərinə görə, görüş zamanı tərəflər müxtəlif istiqamətlər üzrə geniş fikir mübadiləsi aparıblar.
“Bu gün bir çox məsələlər ətrafında – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər üzrə fikir mübadiləsi aparıldı”, – deyə dövlət başçısı əlavə edib.