🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABB Sahibkarlar Gününü biznes müştəriləri ilə qeyd edib – yeni məhsul və xidmətlər təqdim olunub

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün xüsusi tədbir təşkil edib.
Tədbirdə bankın 80-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib. Görüş zamanı iştirakçılara ABB-nin biznes sektoru üçün təqdim etdiyi yeni məhsul və xidmətlər barədə ətraflı məlumat verilib.
Bank tərəfindən korporativ kart, İslam bankçılığı aləti olan “Murabaha” məhsulu, “Fayda Biznes” loyallıq proqramı, həmçinin ticarət və təchizat zənciri platformaları, eləcə də Flydesk xidməti təqdim olunub.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, daha sonra onlayn müsabiqə təşkil edilib və 10 qalib mükafatlandırılıb. Görüş işgüzar şam yeməyi ilə davam edib.
Qeyd edilib ki, 2016-cı ildən etibarən hər il 25 aprel Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur və bu tarix ölkədə sahibkarlığın inkişafına və biznes mədəniyyətinin güclənməsinə dəstək məqsədi daşıyır.