🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Britaniyada hərbi hava bazasında yanğın baş verib – araşdırma aparılır

Azərbaycan.media xəbər verir ki, Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus Fordorddakı bazasında gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.
Xarici KİV-lərə istinadən verilən məlumata görə, yanğın nəticəsində bir mərtəbəli təsərrüfat binasına ciddi ziyan dəyib.
Hadisə yerinə cəlb olunan onlarla yanğınsöndürən qısa müddətdə alovu nəzarət altına alaraq söndürüb. Güclü tüstü səbəbindən yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinə ehtiyat tədbiri olaraq qapı və pəncərələri bağlamaq, çölə çıxmamaq tövsiyə olunub.
Məlumata əsasən, yanğın bazadakı anqarlar, təyyarələr və uçuş zolaqlarına ziyan vurmadan söndürülüb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.