Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşların qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına əsasən, qəbul 30 aprel 2026-cı il tarixində saat 10:00-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında baş tutacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı 29 aprel 2026-cı il saat 09:00-dan etibarən Nazirliyin binasında aparılacaq.
Bildirilib ki, görüş zamanı yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbulda iştirak etmək istəyən vətəndaşlardan şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması tələb olunur.
Əlaqə üçün +994 (12) 512-01-14 telefon nömrəsi və info@fhn.gov.az elektron poçt ünvanı göstərilib.
