🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Külək nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

Azərbaycan.media xəbər verir ki, Xəzər dənizində müşahidə olunan güclü külək aprelin 29-dək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, aprelin 27-si axşam saatlarından başlayaraq Xəzər akvatoriyasında əsən şimal-qərb və şimal istiqamətli küləklər aprelin 29-dək müşahidə olunacaq.
Bildirilib ki, həmin müddət ərzində küləyin arabir güclənəcəyi də proqnozlaşdırılır.