Azərbaycan.media xəbər verir ki, dekabrın 29-u axşamdan 30-u səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv xarakter alacağı ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlaması mümkündür. Sürücülərə və əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir.
Oxundu: 5
