Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı ildə ARDNF-in büdcə gəlirləri 13 milyard 32,3 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,8 faiz azdır. Fondun büdcə xərclərinin isə 13 milyard 16 milyon manat olması nəzərdə tutulur ki, bu göstərici də 11 faiz azalma deməkdir.
Sənədə əsasən, 2026-cı il üzrə dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertin məbləği 12 milyard 835 milyon manat müəyyən edilib. Bu rəqəm 2025-ci ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 11,4 faiz azdır.
Oxundu: 6
