Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Axar.az-ın təqdim etdiyi sənədə əsasən, Milli Fəaliyyət Planı təsdiqlənib və onun icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının vəzifələri müəyyən edilib.
Sərəncama görə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək və görülən işlər barədə ildə bir dəfə Prezidentə hesabat təqdim edəcək.
Milli Fəaliyyət Planında əks olunan tədbirlərin monitorinqi və qiymətləndirilməsi isə Dövlət Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Sənəddə, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
