Nizami Yusifli elm və təhsil nazirinin müşaviri təyin olunub
Azərbaycan.media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli nazirin müşaviri vəzifəsinə təyin edilib.
Məlumata görə, Nizami Yusifli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə alıb, magistratura təhsilini isə maliyyə bazarları ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub.
O, əmək fəaliyyətinə “EY Azerbaijan” (Ernst & Young) şirkətində başlayıb. 2020-ci ildən etibarən isə Azərbaycan İnvestisiya Holdinqində (AİH) müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Peşəkar fəaliyyəti dövründə Nizami Yusifli maliyyə nəzarəti, audit, dövlət aktivlərinin idarə olunması, strateji planlaşdırma, korporativ idarəetmə və investisiya sahələrində geniş təcrübə qazanıb. O, eyni zamanda bir sıra özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.
Bundan əlavə, Nizami Yusifli Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında maliyyə uçotu və korporativ maliyyə fənləri üzrə dərs deyib.
