🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hərbi xidmətlə bağlı qanunlarda dəyişikliklər təsdiqlənib

Azərbaycan.media xəbər verir ki, hərbi xidmətlə bağlı bir sıra qanunlara dəyişiklik edilib. Bununla əlaqədar Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

 Fərmana əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər təsdiqlənib.

Dəyişikliklərin hərbi xidmətin təşkili və tənzimlənməsi sahəsində mövcud mexanizmlərin təkmilləşdirilməsinə xidmət etdiyi bildirilir.