🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Binəqədidə ev yanğını faciə ilə nəticələndi: 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Azərbaycan.media xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda fərdi yaşayış evində yanğın baş verib. Axar.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı məlumata görə, ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli, ikiotaqlı evin bir otağının yanar konstruksiyaları 16 kvadratmetr, dam örtüyü 12 kvadratmetr və dəhlizi 6 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Daha bir nəfər isə yanıq xəsarətləri alıb. Evin qalan hissəsi, eləcə də bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb. Bildirilib ki, bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonunda yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Ünvanına cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb, bir nəfərə isə yerində tibbi xidmət göstərilib.