Azərbaycan.media xəbər verir ki, Bakıda velosiped və skuterlərin avtobus zolaqlarında hərəkəti mümkündür. Bu barədə nəqliyyat eksperti Ərşad Hüseynov Modern.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, velosiped və skuterlərin avtobus zolağında hərəkətinə yalnız onlar üçün xüsusi zolağın olmadığı küçə və prospektlərdə icazə verilir. O qeyd edib ki, əgər velosiped yolu nəzərdə tutulmayıbsa, bu nəqliyyat vasitələri səkinin kənarı ilə hərəkət etməlidir. Avtobus dayanacaqda olduğu zaman isə velosiped və skuter sürücüləri dayanaraq yol verməlidirlər.
Ərşad Hüseynov vurğulayıb ki, Bakıda elektromobillik və alternativ nəqliyyatın inkişafı məqsədilə skuter və velosipedlərin istifadəsinə yeni başlanılıb. Bu baxımdan, ikitəkərli nəqliyyat vasitələri və onlara ayrılan zolaqların ləğv edilməsi nəzərdə tutulmur.
