🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gömrük dəyərinin manatla bəyanı ilə bağlı yeni tələb qəbul edildi

Azərbaycan.media xəbər verir ki, malların gömrük dəyərinin Azərbaycan Respublikasının milli valyutası ilə bəyan edilməsi ilə bağlı yeni tələb irəli sürülüb.
Məsələ Milli Məclis-in bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə öz əksini tapıb.
Layihəyə əsasən, malların gömrük dəyəri bundan sonra Azərbaycan manatında bəyan olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.