Azərbaycan.media xəbər verir ki, Xırdalan şəhərində fəaliyyət göstərən “Həzrət Əli” adlı dini dükan müqəddəs İslam dininə aid geniş çeşiddə məhsulları ilə diqqət çəkir. Bu məkan dini dəyərlərə önəm verən hər bir vətəndaş üçün etibarlı və zəngin seçim imkanları təqdim edir.
Dükanda Qurani-Kərim başda olmaqla müxtəlif dini kitablar, dua kitabları və Quran oxumağı öyrənmək istəyənlər üçün təcvidlər mövcuddur. Bununla yanaşı, ibadət həyatını daha rahat və mənalı etmək üçün müxtəlif dini aksessuarlar da satışdadır.
“Həzrət Əli” dini dükanında fərqli dizayn və ölçülərdə canamazlar, keyfiyyətli təsbehlər, divardan asmaq üçün dua və ayə plakatları, eləcə də dini motivli saatlar və suvenirlər geniş seçimlə təqdim olunur. Həmçinin, müxtəlif zövqlərə uyğun hicab modelləri də burada alıcılara təklif edilir.
Məkanın əsas üstünlüklərindən biri isə bütün məhsulların İslam ənənələrinə uyğun seçilməsi və keyfiyyətə xüsusi diqqət yetirilməsidir. Bu da müştərilərə həm etibarlı, həm də mənəvi baxımdan dəyərli alış-veriş imkanı yaradır.
Qeyd edək ki, “Həzrət Əli” dini dükanı yalnız satış məkanı deyil, eyni zamanda dini maarifləndirmə baxımından da önəmli bir ünvan kimi seçilir. Buraya üz tutan hər kəs öz ehtiyacına uyğun dini məhsulları rahatlıqla tapa bilər.


Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü,
Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
