🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Biləsuvarda tanınmış həkim Bayraməli Bayramov vəfat edib

Azərbaycan.media xəbər verir ki, Biləsuvar rayonunda savadlı, bacarıqlı və böyük təcrübəyə malik həkim kimi tanınan Bayraməli Süleyman oğlu Bayramov vəfat edib.
Bildirilib ki, 70 yaşlı terapevt-həkim ömrünün təxminən 45 ilini rayon sakinlərinin sağlamlığının qorunmasına, onların müalicə və qayğı ilə əhatə olunmasına həsr edib.
Bayraməli Bayramov 1980-ci ildə Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında başlayıb. O, uzun illər doğma Nərimankənddə həkim məntəqəsinin baş həkimi kimi çalışıb, son illərdə isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində fəaliyyət göstərib.
Qeyd olunur ki, Bayraməli həkim daim öz üzərində çalışan, tibbdə yenilikləri izləyən, xəstələrinə diqqət və qayğı ilə yanaşan, sadə və səmimi insan kimi yadda qalıb.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.
Allah rəhmət eləsin!

 

Azərbaycan.media